SON XƏBƏRLƏR

Bəqai: London, Berlin və Paris Tehran-Vaşinqton danışıqlarında mühüm rol oynamalıdır

2025.04.21, 14:40
Bəqai: London, Berlin və Paris Tehran-Vaşinqton danışıqlarında mühüm rol oynamalıdır

İran Böyük Britaniya, Almaniya və Fransanı Tehran və Vaşinqton arasında aparılan danışıqlarda konstruktiv rol oynamağa çağırıb.

Gunaz.tv

Bunu İran Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi İsmayıl Bəqai bildirib.

"Avropa ölkələri ("Avropa üçlüyü" kimi tanınan Böyük Britaniya, Almaniya və Fransa 2015-ci ildə İranın nüvə proqramı üzrə sazişin imzalanmasında iştirak edib) danışıqlarda konstruktiv rol oynayaraq öz mövqelərini bərpa etmək, yoxsa qeyri-konstruktiv qüvvələr kimi hərəkət etmək istədiklərinə dair qərar verməlidirlər", - o qeyd edib və “Avropa üçlüyü”nün hazırkı fəaliyyətini qeyri-konstruktiv adlandırıb.

XİN nümayəndəsinin sözlərinə görə, İran Avropa ölkələri ilə əlaqə saxlayır və onları Maskat prosesinin gedişi barədə məlumatlandırır.

Qeyd edək ki, bir müddət öncə Amerikanın dövlət katibi Marko Rubio Avropa ölkələridən İrana qarşı sanksiyaları artırmalarını istəmişdi.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar