GünazTV Azpolitika-ya istinadla xəbər verir ki, “Əl-Ərəbiyyə” və “Əl-Hədas”-a danışan Fələstin mənbələrinin məlumatına görə, Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani bu mesajları qarşıdakı günlərdə ABŞ-yə çatdıracaq.
Xəbərdə HƏMAS-ın Qətərə göndərdiyi mesajlarda Qəzzadakı müharibənin bitməsinin ertəsi gün rəhbərlikdən çəkilməyə və İsraillə uzunmüddətli atəşkəs imzalamağa hazır olduğunu vurğuladığı bildirilib. Həmçinin qeyd olunub ki, təşkilat müharibənin tam dayandırılmasını ehtiva edən hərtərəfli razılaşma əsasında bütün israilli məhbusların təhvil verilməsinə razıdır.
Ş.E