SON XƏBƏRLƏR

Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian

2025.04.22, 10:00
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian

İran milli maraqları nəzərə alınacağı təqdirdə nüvə proqramı məsələsində Amerika ilə razılaşmağa hazırdır.

Gunaz.tv

Bunu İran Prezidenti Məsud Pezeşkian ölkə regionlarının qubernatorları ilə görüşündə deyib.

“Amerika ilə danışıqlara gəlincə, müəyyən çərçivələr daxilində və milli maraqlara uyğun olaraq, razılaşmaya hazırıq", – o deyib.

Pezeşkian əlavə edib ki, Vaşinqton bərabər şərtlərlə sazişi qəbul etməkdən imtina edərsə, Tehran öz yolu ilə gedəcək.

Qeyd edək ki, aprelin 12-də Amerika və İran arasında sanksiyaların ləğvi və nüvə məsələlərinə dair danışıqların birinci raundu başa çatıb. 

Tərəfləri Amerikanın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Əraqçi, vasitəçi qismində isə Omanın xarici işlər naziri Bədr bin Həməd Əl Busaidi təmsil edib.

Aprelin 19-da isə Romada danışıqların ikinci mərhələsi baş tutub. 

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar