GUNAZ.TV
GÜNEY AZƏRBAYCANIN AZADLIQ SƏSİ
Zelenski Rutte ilə söhbətinin təfərrüatlarını açıqlayıb
Rubio: Azərbaycanla bağlı əsas diqqətimiz bu ölkə ilə Ermənistan arasında sülhün əldə olunmasıdır
Türk adına görə təbrizli uşağa sənəd verilmir
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
İranda daha 13 məhbus edam edildi
İran parlamenti Rusiya ilə strateji tərəfdaşlıq müqaviləsini təsdiqləyib
İlham Əliyevlə Ərdoğan arasında səmimi söhbət
TDT-nin qeyri-rəsmi Zirvə görüşü çərçivəsində Budapeşt Bəyannaməsi qəbul edilib
Aİ səfirləri Avropanın hərbiləşdirilməsi üçün 150 milyard avroluq plan haqqında razılığa gəlib
Qəzvinin 16 şəhəri su böhranı ilə üz-üzədir
Polşa və Ukrayna regional siyasətlə bağlı saziş imzalayıb
Lavrov: Ermənistan Azərbaycan torpaqlarını Rusiya silahı ilə işğal edib
İran parlamenti: İran nüvə proqramından imtina etməyəcək
Nüvə danışıqları iflasa uğrayarsa İranın yedək planı yoxdur
İran XİN: görüşün növbəti raundu ilə bağlı qərar verməmişik
İran Prezidenti Təbrizə səfər etdi
İbrahim Kalın Suriya lideri ilə nələri müzakirə etdi?
İlham Əliyev tarixə düşəcək - ƏRDOĞAN
Amerika səfiri: Regional təhdidlərin arxasında İran dayanır
Türkiyə Prezidenti Quzey Kiprin TDT-yə qəbul olunmasını təklif edib
Viktor Orban Azərbaycan və Türkiyə prezidentlərinə xüsusi təşəkkür edib
Sadır Japarov: Qırğızıstan TDT ölkələri ilə əməkdaşlığı dərinləşdirməyə hazırdır
Mirzoyan: Azərbaycanla sülh sazişinin tezliklə imzalanması mümkündür
HƏMAS-İsrail danışıqları dalana dirəndi
Prezident İlham Əliyev: Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşıdır
İran müdafiə naziri: “Heç kim Ermənistanla aramıza girə bilməz”
Prezident İlham Əliyev TDT liderlərini Azərbaycanda keçiriləcək Zirvə görüşünə dəvət edib
"İran təklif etdi ki, edam kəndirini mən çəkim"
Urmunun Azad Universitetində tələbələr arasında qarşıdurma olub
ABŞ niyə İranın Nüvə Proqramına “maksimum təzyiq” saxlamalıdır?
Sista və Bəlucistanda hökumət mollası qaçırılıb
Türkiyə bir sıra ölkələrlə yeni AES-in tikintisi ilə bağlı danışıqlar aparır
Qaradağda avtomobildən 14 kq narkotik tapılıb
Türkiyə Rusiya-Ukrayna danışıqlarının daimi atəşkəs və sülhə zəmin hazırlayacağına inanır
İlham Əliyev: Qərbi Azərbaycan məsələsi artıq beynəlxalq gündəliyə daxil edilmişdir
Azərbaycan vətəndaşları üçün Özbəkistana giriş sadələşdiriləcək
İsrail Qəzzada əməliyyatı özünümüdafiə çərçivəsində genişləndirir
CNN: İsrail İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşır
Panama bayrağı ilə üzən tanker İranda saxlanılıb
Azərbaycan səfirliyinə silahlı hücum edən şəxs edam edildi
Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə ediblər
Rubio: Tramp Putinə heç bir güzəşt etməyib
Qərbi Azərbaycanda 236 idarə bağlandı
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 21-də davam etdirilib.
Məhkəmə prosesində təqsirləndirilən şəxslər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş Xocalı soyqırımı, faciə zamanı günahsız insanların məhz azərbaycanlı olduğuna görə məqsədli şəkildə məhv edilmələri ilə bağlı dövlət ittihamını müdafiə edən prokurorların suallarına suallarına cavab veriblər.
Təqsirləndirilən şəxs Arkadi Qukasyan Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavabında Xocalıda törədilənlər haqqında ilk dəfə 1992-ci ilin fevralında “rəsmi məlumatlar” verilməsi nəticəsində məlumat aldığını bildirərək deyib: “O zaman faciənin miqyasını bilmirdik. Biz bilirdik ki, Xankəndidə Xocalıdan gətirilmiş yüzlərlə azərbaycanlı var. Onlar da sonradan qarşı tərəfə təhvil verilmişdi”. O, dinc əhalinin qətlini pislədiyini də vurğulayaraq qeyd edib: “Bu qəbuledilməzdir, müharibənin qanlı səhifələrindən biridir”.
A.Qukasyan Xocalı soyqırımı zamanı qondarma rejimə rəhbərliyi Artur Mkrtçyanın, hərbçilərə rəhbərliyi isə Ermənistan silahlı qüvvələrində müxtəlif rəhbər vəzifələr tutmuş, “Komandos” ləqəbli Arkadi Ter-Tadevosyanın etdiyini bildirib. Əlavə edib ki, həmin vaxt yeni formalaşan “özünümüdafiə qüvvələri”nin rəhbəri Serj Sarkisyan idi. O, daha sonra deyib: “Bütün müharibələrin əleyhinəyəm. Amma bu baş verirsə, müharibə qanunları gözlənilməlidir”.
Təqsirləndirilən şəxs Bako Sahakyan Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandırarkən Xocalı hadisələri ilə bağlı dərin və təfsilatlı məlumata malik olmadığını iddia edib. O, məhkəmədə nümayiş olunan videomateriallara və sənədlərə işarə edərək bildirib: “Bu qədər təfsilatlı bilmirdim. Amma bu, mənim mövqeyimi dəyişmir. O vaxt da, indi də bu cür hadisələri pisləyirəm”.
Təqsirləndirilən şəxs Xocalı soyqırımında keçmiş sovet ordusunun 366-cı motoatıcı alayın iştirakı barədə eşitdiyini, sonradan Ermənistanın müdafiə naziri olan Seyran Ohanyanın həmin alayda xidmət etdiyini bildirib.
Təqsirləndirilən şəxs David İşxaynan dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında Xocalı soyqırımı ilə bağlı görüntülərdə yer alanların vəhşilik olduğunu deyib. O, hadisələr zamanı qondarma rejimdə “deputat” olduğunu söyləyib.
Təqsirləndirilən şəxs David Babayan isə dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandırarkən Xocalı soyqırımı və Xocalının işğalı hadisələrinin iştirakçısı olmadığını bildirib. O deyib ki, Xocalı hadisələri zamanı məsələni güc yolu ilə həll etmək istəyənlər məqsədlərinə çatıblar. “Bu əməliyyatda müxtəlif qruplar iştirak edib”, - deyə o vurğulayıb.
D.Babayan onu da deyib ki, hətta qondarma rejimdə "Xocalının azad edilməsi uğrunda" medalı “təsis” olunub.
Zərərçəkmiş şəxslərin nümayəndəsinin “Əgər Ermənistanın iddia etdiyi kimi, Xocalı soyqırımı zamanı dinc sakinlərin çıxmaları üçün dəhliz var idisə, niyə onların getməsinə imkan verilməyib, Arkadi Quksayanın da məhkəmədə dediyi kimi, yüzlərlə azərbaycanlı Xankəndiyə aparılıb” sualına isə D.Babayan cavab verə bilməyib. Əvəzində, o, “Uşaqlara, dinc sakinlərə qarşı edilənlərə necə bəraət vermək olar?! Bu barbarlıqdır” deyib.
Təqsirləndirilən şəxs Arayik Harutyunyan dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında Xocalı hadisələrini Birinci Qarabağ müharibəsinin ən böyük faciəsi hesab etdiyini bildirib. O, qondarma rejimdə Xocalı əməliyyat ilə bağlı müzakirələr olmadığını iddia edib və deyib: “Məsələn, Şuşa əməliyyatı ilə bağlı bir neçə kitab yazılıb. Ona görə də bilirik ki, orada kimlər iştirak edib, necə olub. Xocalı əməliyyatı ilə bağlı isə müzakirələr aparılmayıb. O vaxtı başlıca hərbi rəhbər Arkadi Ter-Tadevosyan idi. Yəqin ki, Xocalıda hərbi əməliyyatlar onun göstərişi və razılığı ilə keçirilib”.
A.Harutyunyan deyib ki, istənilən halda bu, bağışlanmaz bir faciə idi.
Daha sonra məhkəmədə “Memorial” İnsan Hüquqları Mərkəzinin 1992-ci il fevralın 25-26-da Xocalı yaşayış məntəqəsinin işğalı zamanı insan hüquqlarının kütləvi şəkildə pozulması ilə bağlı hesabat sənədi tədqiq edilib.
Təşkilatın hesabat sənədində bildirilir ki, erməni hərbçiləri tərəfindən Xocalının işğal olunması ilə nəticələnən əməliyyat zamanı əhalinin kütləvi qətlləri, insan haqlarının milli zəmində pozulması halları baş verib.
“Xocalı Ermənistanın hərbçiləri tərəfindən zəbt olunduqdan sonra orada qalan mülki əhali deportasiya edildi. Bu əməllər mütəşəkkil formada həyata keçirildi”, - deyə sənəddə qeyd edilib.
Sənədə görə, deportasiya olunan əhalinin əksəriyyəti Xankəndidə saxlanılıb ki, bu da qondarma rejim “hakimiyyət”inin bu barədə müvafiq əmrinin olduğunun aşkar göstəricisidir.
Dinc əhalinin kütləvi şəkildə qırılmasına heç bir halda haqq qazandırıla bilməz.
“Memorial” hüquq müdafiə mərkəzi təsdiq edir ki, Xocalıya hücum zamanı Ermənistanın Qarabağdakı dinc əhaliyə qarşı hərəkətləri Cenevrə konvensiyalarına, həmçinin Ümumdünya İnsan Haqları Bəyannaməsinin müvafiq maddələrinə kobud qaydada ziddir.
Məhkəmənin növbəti iclası aprelin 24-nə təyin olunub.
Ş.E
Türk adına görə təbrizli uşağa sənəd verilmir
İranda daha 13 məhbus edam edildi
Qəzvinin 16 şəhəri su böhranı ilə üz-üzədir
İran parlamenti: İran nüvə proqramından imtina etməyəcək
Nüvə danışıqları iflasa uğrayarsa İranın yedək planı yoxdur
İran XİN: görüşün növbəti raundu ilə bağlı qərar verməmişik
İran Prezidenti Təbrizə səfər etdi
Amerika səfiri: Regional təhdidlərin arxasında İran dayanır
Mirzoyan: Azərbaycanla sülh sazişinin tezliklə imzalanması mümkündür
"İran təklif etdi ki, edam kəndirini mən çəkim"
ABŞ niyə İranın Nüvə Proqramına “maksimum təzyiq” saxlamalıdır?
Qaradağda avtomobildən 14 kq narkotik tapılıb
İsrail Qəzzada əməliyyatı özünümüdafiə çərçivəsində genişləndirir
CNN: İsrail İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşır
Panama bayrağı ilə üzən tanker İranda saxlanılıb
Azərbaycan səfirliyinə silahlı hücum edən şəxs edam edildi
HƏMAS-ın 7 oktyabr hücumunun əsas səbəbi BİLİNDİ
Britaniyalı nazir: İran təhlükəsizlik təhdididir
Qeydiyyat İdarəsi təbrizli uşağa türk adına görə sənəd vermir
Ağdamda 37 min ha ərazi minalardan təmizlənib, 31 min mina və PHS zərərsizləşdirilib
Qapılıqda "Traxtur"a dəstək banneri asıldı
200 min azərbaycanlı xalçaçı işini itirib
Xudafərində qazıntı aparan şəxsin meyiti tapıldı
AMİP rəhbərliyi Brüsseldə səfərdədir
Azərbaycanlı xeyriyyəçilər "Traxtur"a görə 200 məhusu həbsdən azad etdirdilər
Traktor İran rejiminin quruluşunu alt-üst etdi
Mühacirani Xəzər dənizini "Kaspi" adlandırdı
Milli fəal Huşəng Nağızadə sərbəst buraxılıb
Trampın Putinə münasibəti dəyişir
"Tarxtur" tərəfdarları Ginnesin rekordunu qırdılar
Urmu gölü son vəziyyəti açıqlandı
Təbrizdə "Traxtur"un çempionluq bayramı keçirildi
Rusiya Ukraynaya 5 bəndlik razılaşma təqdim etdi – bunlar nələrdir?
Suriyanın yeni hökumətindən Rusiyaya daha bir zərbə
Təbrizdə Qacar dövrünə aid tarixi ev dağıdıldı
Britaniya 3 iranlıya qarşı ittiham irəli sürdü
Liviyanın paytaxtı Tripolidə toqquşmalar yenidən başlayıb
Məhbus vəkilin müalicsinə icazə verilmir