SON XƏBƏRLƏR

KİV: "Hizbullah" tərksilah məsələsində dialoqa hazır olduğunu bəyan edib

2025.04.22, 11:38
KİV: "Hizbullah" tərksilah məsələsində dialoqa hazır olduğunu bəyan edib

Livanın "Hizbullah" təşkilatı tərksilah prosesini təhlükə kimi görmür və bu məsələni yalnız siyasi-diplomatik müstəvidə müzakirə etməyə hazırdır.

Gunaz.tv

GünazTV APA-ya istinadla xəbər verir ki, bu barədə "İzvestiya" nəşrinə təşkilata yaxın mənbə məlumat verib.

“Bizə heç kim güc tətbiqi ilə hədə-qorxu gəlməyib və belə bir şey olmayacaq. Bütün məsələlər dialoq yolu ilə həll olunacaq. Biz nə prezident Jozef Aunu, nə də Lübnan ordusunu neqativ prizmadan qiymətləndirmirik. Əksinə, əlaqə qurmağa və birgə həll yolları axtarmağa hazırıq,” – deyə mənbə bildirib.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar