SON XƏBƏRLƏR

Zelenski: Ukrayna nümayəndə heyətinin Londondakı əsas hədəfi qeyd-şərtsiz atəşkəsdir

2025.04.22, 11:49
Zelenski: Ukrayna nümayəndə heyətinin Londondakı əsas hədəfi qeyd-şərtsiz atəşkəsdir

Zelenski: Ukrayna nümayəndə heyətinin Londondakı əsas hədəfi qeyd-şərtsiz atəşkəsdir

Gunaz.tv

GünazTV APA-ya istinadən xəbər verir ki, bu barədə dövlət başçısı ənənəvi video-müraciətində bildirib.

Prezidentin sözlərinə görə, real atəşkəs uzunmüddətli və etibarlı sülhün təməlini qoymalıdır. Zelenski vurğulayıb ki, Pasxa bayramından sonra dünya ictimaiyyəti müharibənin əsl səbəbini daha aydın şəkildə görür və bu səbəbin Rusiya olduğu artıq şübhə doğurmur.

Ukrayna lideri hesab edir ki, Rusiya Ordusunun atəşi dayandırması yalnız Moskvanın birbaşa əmri ilə mümkündür. Onun fikrincə, müharibənin davam etməsinə görə bütün məsuliyyət birbaşa Kremlin üzərindədir.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar