SON XƏBƏRLƏR

Tramp Ərdoğana İranla bağlı 2 xahiş edəcək

2025.04.22, 12:32
Tramp Ərdoğana İranla bağlı 2 xahiş edəcək

ABŞ Türkiyədən İranla hərbi münaqişə olacağı təqdirdə tərəfsiz qalmağını və Suriyanın hava məkanında istifadəyə müdaxilə etməməsini xahiş etmək niyyətindədir.

Gunaz.tv

GünazTV Globalinfo-ya istinadla xəbər verir ki, bu barədə Türkiyə KİV-lərində məlumat yayılıb.

Bildirilib ki, ABŞ-İran danışıqları nəticəsiz qalarsa, bu məsələ ölkə prezidentləri arasında müzakirə edilə bilər:

“Ankaranın İsrailin İrana mümkün zərbəsi ilə bağlı narahatlıqlarına baxmayaraq, Türkiyədən hərbi əməliyyatlara qarışmaması tələb ediləcək”.

Qeyd olunub ki, may ayında ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqə səfəri çərçivəsində Türkiyəyə gedəcəyi gözlənilir:

“Bu, mümkün olmasa, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın iyunda ABŞ-a səfəri çərçivəsində görüş ola bilər”.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar