SON XƏBƏRLƏR

Pakistanın Baş naziri bu gün Ankarada Türkiyə Prezidenti ilə görüşəcək

2025.04.22, 12:49
Pakistanın Baş naziri bu gün Ankarada Türkiyə Prezidenti ilə görüşəcək

Pakistanın Baş naziri Şahbaz Şərif bu gün Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Gunaz.tv

GünazTV Report-a istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun “X”də yazıb.

"Prezidentimiz Rəcəb Tayyib Ərdoğan regional və qlobal bir çox məsələdə əsas rola sahib olan ölkəmizin xarici siyasətinə milli mənafelərimiz əsasında çoxölçülü və uzaqgörən bir baxış bucağı ilə liderlik etməyi davam etdirir", - deyə o qeyd edib.

F.Altun vurğulayıb ki, Türkiyə Prezidenti bu gün ardıcıl olaraq Avropa Şurasının Baş katibi Alain Berset, Avstraliyanın General-Qubernatoru Samanta Mostin və Pakistanın Baş naziri Şahbaz Şəriflə Ankarada görüşlər keçirəcək.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar