SON XƏBƏRLƏR

İran xarici işlər nazirinin Vaşinqtondakı çıxışı ləğv edildi

2025.04.22, 13:10
İran xarici işlər nazirinin Vaşinqtondakı çıxışı ləğv edildi

İranın BMT-dəki daimi nümayəndəliyi xarici işlər naziri Abbas Əraqçinin ABŞ-nin paytaxtı Vaşinqtonda keçiriləcək Nüvə Siyasəti Konfransında çıxışının ləğv olunduğunu təsdiqləyib.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadla xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.

İran missiyasının bəyanatına görə, ləğv konfrans təşkilatçılarının çıxışın formatını debata dəyişmək qərarına gəlməsindən sonra baş verib. Qurum əlavə edib ki, ləğv edilmiş çıxışın tam mətni KİV-də dərc olunacaq.

Xatırladaq ki, bundan əvvəl tədbirin təşkilatçısı Karnegi Fondu İran xarici işlər nazirinin konfransdakı çıxışının ləğv edildiyini açıqlamışdı.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar