SON XƏBƏRLƏR

Çin İran XİN-in səfəri zamanı geniş və dərin danışıqlara ümüd etdiyini deyib.

2025.04.22, 13:54
Çin İran XİN-in səfəri zamanı geniş və dərin danışıqlara ümüd etdiyini deyib.

Çin Xarici İşlər Nazirliyi Abbas Əraqçinin səfəri zamanı iki ölkə arasında qarşılıqlı etimadın dərinləşdirilməsi istiqamətində danışıqlar aparacaqlarını deyib.

Gunaz.tv

Bu barədə Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun bildirib.

"Hər iki tərəf Çin-İran ikitərəfli münasibətləri və qarşılıqlı maraq doğuran beynəlxalq və regional qaynar nöqtələr barədə dərin fikir mübadiləsi aparacaq" - deyə o bildirib..

Qeyd edək ki, İranın aqressiv nüvə proqramına görə məruz qaldığı sanksiyalardan yayınmaq üçün ən yaxın tərəfdaşı Çindir. Çin İranın ən böyük kommersiya tərəfdaşı və neftinin əsas alıcısıdır. İran mediasına görə, İran neftinin təxminən 92 faizi Çinə yönəlir və çox vaxt İran nefti böyük endirimlə satılır.

2021-ci ildə Tehran və Pekin enerji, təhlükəsizlik, infrastruktur və kommunikasiyaları əhatə edən 25 illik əhatəli strateji saziş imzalayıb.

İran xarici işlər nazirliyi bu həftənin əvvəlində Əraqçinin səfərinin çərşənbə axşamı başlayacağını bildirsə də, Çin səfərin çərşənbə günü olacağını bildirib.

Xatırladaq ki, Tehranın baş diplomatının Çinə səfəri İran və Amerika arasında nüvə müzakirələrinin üçüncü raundu öncəsi baş verir. Bundan öncə Rusiyaya səfəri zamanı Abbas Əraqçi nüvə danışıqları barədə öz tərəfdaşlarını məlumatlandırdıqlarını bildirmişdi.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar