SON XƏBƏRLƏR

Lübnan silahsızlaşdırma ilə bağlı bəyanatlarına görə İran elçisini XİN-ə çağıracaq

2025.04.22, 14:25
Lübnan silahsızlaşdırma ilə bağlı bəyanatlarına görə İran elçisini XİN-ə çağıracaq

Lübnanın xarici işlər naziri Yusif Raci sosial mediada beynəlxalq silahsızlaşdırma səylərini tənqid edən şərhindən sonra İranın Lübnandakı səfiri Müctəba Əmanini yaxın günlərdə XİN-ə çağıracaq.

Gunaz.tv

Keçən cümə günü sosial mediadakı paylaşımında Amani tərksilah səylərini xalqlara qarşı sui-qəsd adlandıraraq, Amerikanı İsraili silahlandırmaqda və digər ölkələrə silah arsenallarını azaltmaq üçün təzyiq göstərməkdə ittiham edib.

"Biz İran İslam Respublikasında bu sui-qəsdin təhlükəsini və onun region xalqlarının təhlükəsizliyinə təhdidini başa düşürük. Biz başqalarını düşmən tələsinə düşməmək üçün xəbərdar edirik", - deyə Amani yazıb.

Qeyd edək ki, İran Lübnanda paralel dövlət quran və ölkənin döyüş meydanına çevrilməsinə səbəb olan Hizbullah terror təşkilatının əsas dəstəkçisi hesab edilir.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar