SON XƏBƏRLƏR

Rusiya Ermənistana xəbərdarlıq etdi

2025.04.22, 15:16
Rusiya Ermənistana xəbərdarlıq etdi

"Moskva İrəvanın Avropa İttifaqına (Aİ) daxil olmaq ambisiyalarından narahatdır. Qərb onu geosiyasi oyunlarına sürükləsə, Ermənistan Avrasiya İqatisadi Birliyinə (AİB) üzvlüyün üstünlüklərini itirmək riski ilə üzləşəcək".

Gunaz.tv

GünazTV Teleqraf-a istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.

“Ermənistanın Aİ-yə daxil olmaq istəkləri narahatlıq doğurur, çünki bu cür istəklər bu ölkənin Avrasiya İqatisadi Birliyinə üzvlüyü ilə bir araya sığmır. Bu barədə erməni tərəfdaşlarla çoxsaylı təmaslarımızda danışmışıq.

Məlumdur ki, AİB-də iştirak sayəsində Ermənistan dinamik inkişaf edir, Ermənistanın bütün əsas sektorlarında iqtisadi artım müşahidə olunur. Bu, Ermənistanı öz geosiyasi oyununa sürükləyərək, onu Rusiya və digər təbii müttəfiqlərindən qoparmağa çalışarsa, Ermənistan bu böyük sərvəti itirəcək”, - nazir müavini vurğulayıb.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar