SON XƏBƏRLƏR

Fransa XİN: Putinin Pasxa atəşkəsi marketinq cəhdi idi

2025.04.22, 15:37
Fransa XİN: Putinin Pasxa atəşkəsi marketinq cəhdi idi

Fransanın xarici işlər naziri Jan-Noel Barrot Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı Pasxa atəşkəs elanını Amerika lideri Donald Trampı sakitləşdirməyə yönəlmiş “marketinq əməliyyatı” adlandırıb.

Gunaz.tv

"Onun gözlənilmədən elan etdiyi Pasxa atəşkəsi bir marketinq əməliyyatı idi, prezident  bu addımTrumpın qəzəblənməsinin qarşısını almağa hesablanmışdı." - deyə Barrot bildirib.

Qeyd edək ki, qısa sürən Paska atəşkəsindən sonra döyüşlərin yenidən qızışması Trampın bu həftə “sazişin” əldə oluna biləcəyini söyləməsindən sonra iki tərəf arasında daha geniş atəşkəsə dair ümidləri şübhə altına qoyub.

Xatırladaq ki, bir neçə gün öncə Donald Tramp tərəfləri sülhə doğru irəliləyiş görməyəcəyi təqdirdə sülhü təmin etmək səylərini dayandıracağı ilə hədələmişdi.

Amerika, Ukrayna, Britaniya və Fransadan olan nümayəndələr keçən həftə Parisdə baş tutan toplantıdan sonra atəşkəs danışıqlarını bərpa etmək üçün bu həftə Londonda görüşəcəklər.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar