SON XƏBƏRLƏR

Evin həbsxanası qarşısında aksiya keçirildi

2025.04.22, 16:26
Evin həbsxanası qarşısında aksiya keçirildi

Bu gün səhər saatlarında Tehranın Evin həbsxanasında saxlanılan siyasi məhbusların ailə üzvləri həbsxana qarşısına toplaşaraq edam hökmlərinin artmasına etiraz edib, bu cəza növünün tətbiqinin dayandırılmasını tələb ediblər.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Üzərində "edama yox", "edam hökmlərinin icrasını dayandırın" şüarları yazılmış plakarlar qaldıran etirazçılar, insan haqları təşkilatlarından yardım istəyiblər.

Bununla eyni vaxtda İranın 40 həbsxanasında saxlanılan onlarla siyasi məhbus edam hökmlərinin dayandırılması tələbi ilə 24 saatlıq aclıq aksiyasına əl atıb.

Qeyd edək ki, İranın müxtəlif  bölgələrində 54 nəfər siyasi və təhlükəsizlik ittihamlarına görə edama məhkum edilib.

Bununla yanaşı siyasi ittihamlara görə həbs edilən daha bir neçə nəfərin də barəsində edam hökmünün çıxarılacağı gözlənilir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar