SON XƏBƏRLƏR

Amerika iranlı tacir və ona bağlı şirkətlərə sanksiya tətbiq edib

2025.04.23, 09:00
Amerika iranlı tacir və ona bağlı şirkətlərə sanksiya tətbiq edib

Amerika Maliyyə Nazirliyi Əsədullah İmamcümə adlı iranlı LNG tacirinə və ona bağlı geniş şirkətlər şəbəkəsinə sanksiyalardan yayınmaq və İranın nüvə və silah proqramlarını maliyyələşdirmək ittihamı ilə sanksiya tətbiq edib.

Gunaz.tv

Bu barədə Amerika Maliyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin Xarici Aktivlərə Nəzarət Ofisindən verilən açıqlamaya görə, İmamcümə və onun oğlu Meysəm İmamcümə İran və BƏƏ-dəki şirkətlər şəbəkəsindən istifadə edərək, İranın yüz milyonlarla dollar dəyərində maye qazı və xam neftini xarici bazarlara ötürüblər.

Amerika Maliyyə Nazirliyinin məlumatına görə, 12 şirkətdən ibarət olan bu şəbəkə İran və BƏƏ-də çoxsaylı şirkətlərlə fəaliyyət göstərib və Pakistana minlərlə mayeləşdirilmiş təbii qaz yükünün ixracında iştirak edib.

Bu şirkət əvvəllər SEPAH-ın Xatəm əl-Ənbiya qərargahı ilə əlaqəsi olduğuna görə də sanksiyaya məruz qalmışdı.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar