SON XƏBƏRLƏR

KİV: Ərdoğan PKK-nın aprelin sonuna qədər özünü buraxacağı barədə məlumatlandırılıb

2025.04.23, 11:00
KİV: Ərdoğan PKK-nın aprelin sonuna qədər özünü buraxacağı barədə məlumatlandırılıb

Türkiyədə fəaliyyəti qadağan edilmiş və terrorçu təşkilat PKK aprel ayının sonuna qədər özünü buraxmaq barədə qərar qəbul edəcək.

Gunaz.tv

Günaz TV Reporta istinadən xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.

Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəsmi nümayəndəsi Ömər Çelik aprelin 21-də jurnalistlərə bildirib ki, cari ay ərzində uzunmüddətli kürd probleminin həllində əhəmiyyətli irəliləyişlər ola bilər. Kürdpərəst DEM (Xalqların Bərabərlik və Demokratiya Partiyası) partiyasının nümayəndələri isə aprelin 22-də terrorçuluq fəaliyyətinə görə ömürlük həbs cəzası çəkən PKK lideri Abdullah Öcalanla görüşüblər.

"Məlumatlara görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PKK-nın aprel ayının sonuna qədər silahlı qarşıdurmanı dayandırmaq və özünü buraxmaq barədə qərar qəbul edəcəyi barədə məlumatlandırılıb", - məqalədə bildirilib.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar