SON XƏBƏRLƏR

BAEA rəhbəri: İranın nüvə silahı hazırdır

2025.04.23, 11:26
BAEA rəhbəri: İranın nüvə silahı hazırdır

İran istəsə, bir neçə nüvə başlığı əldə etmək üçün illərlə deyil, aylar lazım olacaq.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadla xəbər verir ki, bu şok açıqlama ilə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi çıxış edib.

Onun Vaşinqtonda Amerika Xarici Əlaqələr üzrə qeyri-hökumət şurasında (CFR) seminarda çıxışı zamanı dediyinə görə, İran nüvə silahına sahib olmaqdan o qədər də uzaqda deyil:

“Hazırda onlarda bu silah yoxdur. Biz bunu bilirik. Mən beynəlxalq səviyyədə insanları çaşdırmamaq üçün bunu həmişə təkrar etməyə çalışıram. Amma böyük fərq ondadır ki, bir neçə döyüş başlığı hazırlamaq üçün material artıq onlarda var. Keçmişdə, hamımızın bildiyimiz kimi, onlar nüvə qurğusu üçün zəruri elementlərin bəziləri üzərində tədqiqatlar aparıblar və hətta sınaqdan keçiriblər. Bilirsiniz ki, tarixlər həmişə şərtidir, amma reallıqda bu, illərin yox, ayların məsələsidir. Ona görə də hesab edirəm ki, bunun qarşısını almağa çalışmaq üçün bizim böyük məsuliyyətimiz var. Və bütün bu danışıqlar, bu günlərdə keçirilən bütün bu görüşlər buna yönəlib".

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar