SON XƏBƏRLƏR

Lerikdə narkokuryerlikdə şübhəli bilinən şəxslər saxlanılıb

2025.04.23, 11:32
Lerikdə narkokuryerlikdə şübhəli bilinən şəxslər saxlanılıb

Lerikdə keçirilən əməliyyat zamanı 10 kiloqram narkotik vasitə aşkarlanıb.

Gunaz.tv

Günaz TV Reporta istinadən xəbər verir ki, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitələrin ayrı-ayrı ünvanlara çatdırılaraq satışını təşkil edən 32 yaşlı Nurlan Alızadə, 30 yaşlı Binnət Eyvazlı və 31 yaşlı Nurlan Bəşirov saxlanılıblar.

Onlardan şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdikləri ümumilikdə 10 kiloqram marixuana və tiryək aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar