SON XƏBƏRLƏR

Tramp Netanyahu ilə İranı müzakirə etdi

2025.04.23, 11:32
Tramp Netanyahu ilə İranı müzakirə etdi

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı apardığını açıqlayıb.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə o, “TruthSocial” platformasında paylaşım edib.

Tramp qeyd edib ki, söhbət zamanı ticarət, İran və digər mühüm məsələlər müzakirə olunub. O, danışıqların konstruktiv keçdiyini və hər iki tərəfin bir çox mövzuda ortaq mövqedə olduğunu vurğulayıb.

Qeyd edək ki, Tramp Qəzzanı, orada saxlanılan 59 girovu və İsrail ilə HƏMAS arasında atəşkəs danışıqlarında davam edən çıxılmaz vəziyyəti müzakirə olunan mövzular siyahısına daxil etməyib.

İsrail tərəfi Trampın açıqlamasına dərhal reaksiya vermədi, lakin Netanyahu Trampın yazısını təkrar paylaşaraq, “Təşəkkür edirəm, Prezident Tramp!” şərhini yazıb.

Adının açıqlanmasını istəməyən israilli mənbə “The Times of Israel”ə bildirib ki, zəng qısa olub və iki liderin əsas müzakirə mövzusu İranın nüvə proqramı olub.

 

 

Şahin Elxanoğlu

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar