SON XƏBƏRLƏR

Trampdan Qəzza açıqlaması: HƏMAS-a icazə verməyəcəyik

2025.04.23, 11:50
Trampdan Qəzza açıqlaması: HƏMAS-a icazə verməyəcəyik

ABŞ Fələstinin HƏMAS hərəkatının gələcəkdə Qəzza zolağının idarə olunmasında iştirakına icazə verməyəcək.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, ABŞ-ın HƏMAS-ın Qəzzanın müharibədən sonrakı idarəçiliyində hər hansı rol oynamasına mane olub-olmayacağı sualına cavab verib. “Biz HƏMAS-a bunu etməyə icazə verməyəcəyik”, - deyə Tramp bildirib.

O deyib ki, Qəzzada nə baş verəcəyi gələcəkdə bilinəcək: "Qəzzanın taleyinin necə olacağını görəcəyik, lakin biz Yaxın Şərqdə çox yaxşı irəliləyiş əldə etmişik".

Tramp Ukrayna məsələsində olduğu kimi, özü prezident olardısa, 2023-cü ilin oktyabrındakı hücumun da baş verməyəcəyini iddia edib:

"Bu xüsusi günün hadisələri - 7 oktyabr 2023 - heç vaxt baş verməməli idi. Mən prezident olsaydım, bu, heç vaxt baş verməzdi. Amma biz bütün bu vəziyyəti dayandıracağıq".

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar