SON XƏBƏRLƏR

İran Çini Amerika ilə aparılan danışıqlar barədə məlumatlandırıb

2025.04.23, 11:51
İran Çini Amerika ilə aparılan danışıqlar barədə məlumatlandırıb

İran mediasının verdiyi xəbərə görə, İran Çini Tehranın Vaşinqtonla apardığı danışıqlar barədə məlumatlandırıb və 25 illik strateji əməkdaşlıq paktının həyata keçirilməsini sürətləndirilməsinə çağırıb.

Gunaz.tv

İranın xarici işlər naziri Abbas Araqçi bu gün Pekində Çinin Baş nazirinin birinci müavini Dinq Syuekyan ilə görüşüb.

İranın xarici işlər naziri və onun çinli ev sahibləri həmçinin 2021-ci ildə ilk dəfə imzalanan və uzunmüddətli enerji təchizatı öhdəlikləri müqabilində Çinin İranın enerji və infrastruktur sektorlarına sərmayə qoymasını nəzərdə tutan 25 illik sazişin icrasının sürətləndirilməsini müzakirə ediblər.

Ancaq sanksiyalar, Çinin İrana yatırdığı sərmayələrin indiyədək cüzi olmasına və dəqiq təfərrüatların çox məxfi qalmasına gətirib çıxarıb və bu da nəzərdə tutulan 25 illik sazişin ləngiməsinə səbəb olub.

Qeyd edək ki, Çin İranın ən böyük ticarət tərəfdaşı olaraq qalır, lakin Çin şirkətləri digər regional oyunçularla, o cümlədən Səudiyyə Ərəbistanı və BƏƏ ilə milyardlarla dollarlıq müqavilələr bağlayıb, İran isə bu baxımdan geri qalır.

Görüş zamanı Abbas Araqçi Çin tərəfini Amerika ilə aparılan danışıqlar barədə məlumatlandırıb. Əraqçi şənbə günü Amerika nümayəndəsi Stiv Vitkoffla danışıqların üçüncü raundunu keçirəcək.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar