SON XƏBƏRLƏR

Pezeşkian bu tarixdə Bakıya gəlir- Mühacirani

2025.04.23, 13:03
Pezeşkian bu tarixdə Bakıya gəlir- Mühacirani

İran Prezidenti Məsud Pezeşkian yaxın günlərdə Azərbaycan Respublikasına səfər edəcək.

Gunaz.tv

Bu barədə İran hökumətinin sözçüsü fatimə Mühacirani yeni açıqlamasında deyib.

"Aprelin son günlərində Prezident Azərbaycana səfər edəcək, bu, mühüm səfərdir və iki ölkə arasında münasibətlərin yaxşılaşdırılmasına yönəlib", o bildirib.

Mühacirani bu səfərin ölkələr arasında müxtəlif münasibətləri, o cümlədən diplomatik və iqtisadi əlaqələri genişləndirməyə kömək edən məsələləri müzakirə etmək üçün yaxşı fürsət olduğunu deyib.

Mühaciraninin bu açıqlaması ilə eyni vaxtda “İsrael Hayom” saytı İsrailin baş naziri Benyamin Netaniyahunun da yaxın vaxtlarda Azərbaycan Respublikasına səfər edəcəyini yazıb.

Qeyd edək ki, Prezident Məsud Pezeşkianın 28 apreldə Azərbaycana səfər edəcəyi gözlənilir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar