SON XƏBƏRLƏR

Gürcüstan Azərbaycan-Ermənistan normallaşma prosesinə töhfə verməyə hazırdır

2025.04.23, 13:07
Gürcüstan Azərbaycan-Ermənistan normallaşma prosesinə töhfə verməyə hazırdır

“Gürcüstan Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesinə töhfə verməyə hazırdır”.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadla xəbər verir ki, bunu Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze Ermənistanın səfiri Aşot Smbatyanla keçirdiyi görüşdə deyib.

Görüşdə regional təhlükəsizlik məsələləri və Azərbaycanla Ermənistan arasında sülh prosesi müzakirə olunub.

Tərəflər, həmçinin Gürcüstan-Ermənistan əlaqələri və parlamenlərarası əməkdaşlığın möhkəmləndirilməsi, komitələrin birgə iclaslarının təşkili məsələlərinin müzakirəsini aparıblar.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar