SON XƏBƏRLƏR

Əraqçi: Çin Amerika ilə danışıqlar barədə tam məlumatlı olmalıdır

2025.04.23, 13:45
Əraqçi: Çin Amerika ilə danışıqlar barədə tam məlumatlı olmalıdır

İran Çinin Amerika ilə aparılan danışıqlar barədə tam məlumatlı olmasını vacib hesab edir.

Gunaz.tv

Bunu Çində səfərdə olan İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

O, Çin və Rusiyanı “çətin vaxtlarda Tehranı dəstəkləyən strateji tərəfdaşlar və yaxın dostlar” adlandırıb və İranın Çinlə məsləhətləşmələri davam etdirəcəyini bildirib.

“Biz Təhlükəsizlik Şurasının üzvü, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Rəhbərlər Şurasının üzvü və nüvə məsələsində təcrübəsi olan bir ölkə kimi Çinlə məsləhətləşmələrimizi mütləq davam etdirəcəyik”, - deyə Əraqçi əlavə edib.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar