SON XƏBƏRLƏR

Nikol Paşinyan Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını pisləyib

2025.04.24, 11:00
Nikol Paşinyan Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını pisləyib

Ermənistanın baş naziri Nikol Paşinyan dünən axşam İrəvanda keçirilən məşəl yürüşü zamanı Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını pisləyib və bunu təxribat adlandırıb.

Gunaz.tv

Bu barədə baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan "Armenpress"ə bildirib.

"Baş nazir Paşinyan belə bir halı məsuliyyətsiz və qəbuledilməz hesab edərək pisləyir. Beynəlxalq səviyyədə tanınmış dövlətin, xüsusilə qonşu dövlətlərin bayraqlarının yandırılması dövlət başçısı tərəfindən başqa cür qiymətləndirilə bilməz. Bu, təxribatçı və qızışdırıcı bir aktdır", - deyə o qeyd edib.

Xatırladaq ki, dünən İrəvanda baş tutan mitinqdə Azərbaycan və Türkiyə bayraqları yandırılmışdı.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar