SON XƏBƏRLƏR

Tramp Səudiyyə Ərəbistanı səfərindən sonra Putinlə görüşə biləcəyinə eyham vurub

2025.04.24, 12:35
Tramp Səudiyyə Ərəbistanı səfərindən sonra Putinlə görüşə biləcəyinə eyham vurub

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə Səudiyyə Ərəbistanında görüşmək ehtimalının az olduğunu bildirib, bununla belə, o, bu görüşün cari ilin mayında Yaxın Şərqə səfərindən sonra baş tuta biləcəyini etiraf edib.

Gunaz.tv

GünazTV Report-a istinadla xəbər verir ki, bu barədə ABŞ lideri Ağ Evdə jurnalistlərlə görüşü zamanı danışıb.

Tramp jurnalistlərin suallarını cavablandırarkən deyib: “Mən (Putinlə - Qeyd) görüşəcəyəm”.

Mümkün bir görüşün Səudiyyə Ərəbistanında baş tutub-tutmayacağı ilə bağlı əlavə suala cavab olaraq, Tramp: “Bu mümkündür, amma çox güman ki, yox. Düşünürəm ki, tezliklə onlarla görüşəcəyik”, - deyə o qeyd edib.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar