SON XƏBƏRLƏR

Tokayev Aktau yaxınlığındakı təyyarə qəzasından danışdı

2025.04.24, 12:48
Tokayev Aktau yaxınlığındakı təyyarə qəzasından danışdı

Qazaxıstan qədim Xəzər dənizinin sahillərini bölüşdüyü Azərbaycana qarşı səmimi hisslər bəsləyir.

Gunaz.tv

GünazTV Report-a istinadla xəbər verir ki, bunu Prezident Kasım-Jomart Tokayev Qazaxıstan Xalqı Assambleyasının XXXIV sessiyasında bildirib.

"Sülh və sabitlik taleyin bizə bəxş etdiyi hədiyyələr deyil. Bu, bizim birliyimizin və səylərimizin nəticəsidir. Biz buna keçən il Aktau yaxınlığında baş verən təyyarə qəzası zamanı bir daha əmin olduq. Vətəndaşlarımız zərərçəkənlərə kömək etməyə tələsirdilər, qan vermək üçün növbəyə durdular. Onlar Azərbaycan səfirliyinin qarşısına güllər qoyurdular. Bütün dünya xalqımızın birliyinə və fədakarlığına heyran qalıb", - o qeyd edib.

Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb. İlkin məlumatlara görə, təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar