SON XƏBƏRLƏR

Lübnan XİN-ə çağırılan İran səfiri getməkdən imtina etdi

2025.04.24, 13:05
Lübnan XİN-ə çağırılan İran səfiri getməkdən imtina etdi

İranın Lübnandakı səfiri Müctəba Əmani Xarici İşlər Nazirliyinə (XİN) çağırılsa da, ora getməyib.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadla xəbər verir ki, bu barədə səfirin özü məlumat verib.

“Lübnanın Xarici İşlər Nazirliyindən çağırış aldım, amma iş qrafikim çox olduğundan gedə bilmədim. Çağırışa səbəb müqavimət silahları (“Hizbullah”ın tərksilah edilməsi – red.) mövzusunda yazdığım tvitlər olub”, - Əmani "X" hesabında yazıb.

Xatırladaq ki, Lübnan hökuməti İranın Yaxın Şərqdəki ən böyük proksi qüvvəsi “Hizbullah”ı tərksilah etməyə çalışır. Ölkə Prezidenti Cozef Aun hərəkatın silahları təhvil verməyə razı olduğunu açıqlamışdı.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar