SON XƏBƏRLƏR

İran parlament iclaslarında "Amerika ilə danışıqlar" mövzusu üstünlük təşkil edir

2025.04.24, 13:20
İran parlament iclaslarında "Amerika ilə danışıqlar" mövzusu üstünlük təşkil edir

İran parlamentində 100-dən çox deputatın iştirakı ilə Kəşfiyyat Naziri İsmail Xatib arasında keçirilən görüşdə əsas müzakirə mövzusu regional və beynəlxalq təhlükəsizlik məsələləri və Amerika ilə danışıqlar prosesi olub. 

Gunaz.tv

Zahidanı təmsil edən məclis üzvü və iclasın sədri Fəda Hüseyn Mələki cümə axşamı günü "Tasnim" xəbər agentliyinə deyib ki, millət vəkilləri müxtəlif narahatlıq doğuran məsələlər və suallar, o cümlədən təhlükəsizlik agentliklərinin Amerika ilə danışıqlarındakı rolu ilə bağlı məsələ qaldırıblar.

Nazir Xətib, Donald Trampın yeni prezidentliyindən sonra dünyada və regionda baş verən siyasi hadisələrdən danışaraq, Amerikanın bölgədə artan hərbi gücünə və İrana qarşı iqtisadi təzyiqləri gücləndirmək üçün gördüyü tədbirlərə işarə edib.

Amerika ilə danışıqlar barədə kəşfiyyat naziri deyib ki, İran dəfələrlə danışıqlar aparıb və hazırkı dialoq Xarici İşlər Nazirliyinin Ali Milli Təhlükəsizlik Şurası ilə əməkdaşlıq çərçivəsində və diplomatiya yolu ilə milli maraqlara uyğun olaraq həyata keçirilir.

Xətib, millət vəkillərini danışıqların əhəmiyyətini şişirtməkdən çəkinməyə çağırıb və onların bəyanatlarının ictimai rəyə təsir etdiyini vurğulayıb.

 

 

Şahin Elxanoğlu

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar