SON XƏBƏRLƏR

Türkiyə PUA-ları bölgəyə vərəqələr atdı: Təslim olun

2025.04.24, 14:01
Türkiyə PUA-ları bölgəyə vərəqələr atdı: Təslim olun

PKK terror təşkilatının İraqın şimalındakı sığınacaqları və düşərgələrinə havadan təslim olmağa çağıran vərəqələr atılır.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk məlumat verib.

“PKK-nı özünü buraxmağa və tərksilah olmağa sövq etmək, təşkilatın qərarsız üzvlərini təslim olmağa inandırmaq, dövlətimizin terrorla mübarizədə qətiyyətini göstərmək və həll yolunun yalnız silahlı mübarizədən ibarət olmadığını və yeganə həll yolunun türk ədalətinə təslim olmaq olduğunu izah etmək məqsədilə havadan terror təşkilatının Şimali İraqdakı sığınacaqlarına havadan türk, kürd və ərəb dillərində vərəqələr atılır”, - ölkə rəsmisi bildirib.

Türkiyə mətbuatı vərəqələrin PUA-lar vasitəsilə atıldığını yazıb.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar