SON XƏBƏRLƏR

AEBA-nın baş direktoru İran, Rusiya və Çin nümayəndələri ilə birgə toplantı keçirib

2025.04.24, 15:28
AEBA-nın baş direktoru İran, Rusiya və Çin nümayəndələri ilə birgə toplantı keçirib

İran, Rusiya və Çin nümayəndələri Avstriyanın paytaxtı Vyana şəhərində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi ilə görüşüblər.

Gunaz.tv

Məlumatı “Tasnim” agentlyi yayıb. 

İranın Vyanadakı BMT təşkilatlarındakı səfiri Rza Nəcəfi rusiyalı və çinli həmkarları Mixail Ulyanov və Li Sonqla birlikdə Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi ilə birgə görüş keçirib.

Bildirilib ki, görüşdə İranın nüvə proqramına dair məsələlər müzakirə olunub.

Məlumata görə, toplantıda Amerika ilə İran arasında keçirilən diplomatik görüşlərə dəstək məqsədilə əməkdaşlığın və dialoqun davam etdirilməsinə əhəmiyyət verilib. Bu istiqamətdə AEBA-nın peşəkar və konstruktiv rol oynamaq imkanına xüsusi diqqət ayrılıb.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar