SON XƏBƏRLƏR

İran qadın yazarların ən çox həbs edildiyi ölkədir

2025.04.25, 11:15
İran qadın yazarların ən çox həbs edildiyi ölkədir

İran yazıçıların həbsinə görə dünyada ikinci yerdədir

Gunaz.tv

Amerika PEN Assosiasiyası son hesabatında dünya miqyasında həbsdə olan yazıçıların sayının ardıcıl olaraq altıncı ildir artdığını və ifadə azadlığının pozulmasında “Çin, İran və Səudiyyə Ərəbistanının” liderlik etdiyini açıqlayıb.

2025-cü il aprilin 24-ü dərc edilən hesabata görə, bir əvvəlki hesabatda 33 ölkədən 339 yazıçı həbs olunmuşdusa bu il 40 ölkədən ümumilikdə 375 yazıçı həbs edilib.

Yeni “Yazı Azadlığı İndeksi” reytinqində Çin 118 məhbus yazıçı ilə dünyanın ən böyük yazıçılar həbsxanası olaraq qalır, İran isə 43 məhbus yazıçı ilə ikinci yerdədir.

Bununla belə, İranda həbsdə olan yazıçıların 13-ü qadındır ki, bu da bu ölkəni dünyada qadın yazıçıların həbsinə görə lider edir.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar