SON XƏBƏRLƏR

Uitkoffun təyyarəsi "Vnukovo" hava limanına enib

2025.04.25, 12:29
Uitkoffun təyyarəsi "Vnukovo" hava limanına enib

ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun olduğu təyyarə Moskvanın "Vnukovo" hava limanına enib.

Gunaz.tv

GünazTV APA-ya istinadla xəbər verir ki, “Flightradar24” xidmətinin məlumatına görə, Uitkoffun təyyarəsi Floridadan havaya qalxaraq Atlantik okeanını keçib, sonra Norveç, İsveç və Latviya üzərindən keçib.

Bakı vaxtı ilə saat 11:30-a olan məlumata görə, təyyarə Moskvanın "Vnukovo" hava limanına enib.

Qeyd edək ki, bu, Uitkoffun 2025-ci ilin fevralından bəri Rusiyaya dördüncü səfəri olacaq. Trampın xüsusi nümayəndəsi Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün danışıqlarda fəal iştirak edir.

Bundan əvvəl Amerikamediası Tramp administrasiyasının atəşkəslə bağlı yekun təklif hazırladığını yazmışdı. Həmin təklifə əsasən, ABŞ-ın Krım üzərində Rusiyanın nəzarətini tanıdığı güman olunur. Ukrayna belə şərtləri qəbul etməyəcəyini açıqlayıb.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar