SON XƏBƏRLƏR

PKK-nın son toplantısı: Terror təşkilatı tarixə qovuşur?

2025.04.25, 12:57
PKK-nın son toplantısı: Terror təşkilatı tarixə qovuşur?

PKK terror təşkilatının ləğvi və tərksilah edilməsi ilə bağlı toplantı aprelin 27-də keçiriləcək.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

“Terror təşkilatının uzun müddətdir gözlənilən toplantısı aprelin 27-də İraqın Ərbil şəhərində (Binar) keçiriləcək. Təşkilatın rəhbər heyətindən 600 nəfərin iştirak edəcəyi toplantıya Suriya, Avropa və Türkiyədən də qatılanlar olacaq”, - məlumatda deyilir.

Qeyd olunur ki, üç gün davam edəcək toplantının sonunda PKK-nın buraxılması və silahlarının təhvil verilməsinə qərar veriləcək. Yekun qərarın PKK-nın həbsdə olan lideri Abdullah Öcalana çatdırılacağı bildirilir.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar