SON XƏBƏRLƏR

Zelenski: Ruslar Kiyevi Şimali Koreya istehsalı olan ballistik raketlə vurub

2025.04.25, 13:02
Zelenski: Ruslar Kiyevi Şimali Koreya istehsalı olan ballistik raketlə vurub

Ruslar Kiyevi Şimali Koreya istehsalı olan ballistik raketlə vurublar.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski öz "Telegram" kanalında paylaşımında qeyd edib.

O, Rusiya ordusunun ötən gün paytaxta hücum etdiyini bildirib. Ölkə rəhbəri paytaxın müxtəlif növ raket və PUA-larla vurulduğunu bildirib. Kiyevdə axtarış-xilasetmə işlərinin davam etdiyini qeyd edən Zelenski 12 nəfərin öldüyü hücumda yaralananların sayının 100-ü keçdiyini bildirib.

"Bunu dayandırmaq üçün Rusiyaya real təzyiq göstərilməlidir. Bu müharibəni dayandırmaq üçün davam edən beynəlxalq diplomatik səylərə baxmayaraq, Rusiya dinc sakinləri öldürməyə davam edir. Bu, o deməkdir ki, Rusiya Prezidenti Vladimir Putin qorxmur”, - Zelenski deyib.

 

 

Ş.E
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar