SON XƏBƏRLƏR

BMT Pakistan və Hindistanı təmkinli olmağa çağırıb

2025.04.25, 13:22
BMT Pakistan və Hindistanı təmkinli olmağa çağırıb

Birləşmiş Millətlər Təşkilatı (BMT) Cammu və Kəşmirin Pahalqam rayonunda törədilən terror aktından sonra Hindistan və Pakistan arasında artan gərginliyi yaxın və dərin narahatlıqla izlədiyini bildirib və hər iki ölkəni son dərəcə təmkinli olmağa çağırıb.

Gunaz.tv

GünazTV xəbər verir ki, BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat brifinqində deyib.

“Baş katib hər iki ölkə ilə birbaşa əlaqə saxlamayıb, lakin o, vəziyyəti yaxından və dərin narahatlıqla izləyir”, - Dujarrik bildirib.

Tərəflərin vəziyyəti daha da pisləşdirəcək addımlardan qaçması lazım olduğunu qeyd edən Düjarrik bütün problemlərin ikitərəfli əməkdaşlıq və sülh yolu ilə həll edilməli olduğunu vurğulayıb.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar