SON XƏBƏRLƏR

Husilər Amerikanın 200 milyonluq silahını məhv etdilər

2025.04.25, 13:36
Husilər Amerikanın 200 milyonluq silahını məhv etdilər

Yəmən husiləri (“Ənsarallah” Hərəkatı) son altı həftə ərzində ümumi dəyəri 200 milyon dollar olan yeddi Amerika “Raeper” pilotsuz təyyarəsini (PUA) vurublar. Bu da husilərə qarşı əməliyyatlar zamanı Amerika ordusu üçün ən böyük itkilərdən biridir.

Gunaz.tv

 “Associated Press” agentliyi Amerika Müdafiə Nazirliyindəki mənbələrə istinadla məlumat yayıb .

Rəsmilər keçən həftə üç Amerika pilotsuz təyyarəsinin vurulduğunu bildiriblər. Qeyd olunur ki, hazırkı şəraitdə hava əməliyyatının genişləndirilməsi Amerika Hərbi Hava Qüvvələrinin texnikaları üçün riskləri artıra bilər.

Mənbələrə görə, bu qədər pilotsuz təyyarənin məhv edilməsi husilərin Amerikanın zərbələrinə qarşı mübarizə üsullarını təkmilləşdirdiyini göstərir. Həmçinin rəsmilər “Ənsarallah”a qarşı əməliyyatların uğurla davam etdiyinə əmindirlər.

Pentaqon bundan əvvəl husilərin komanda məntəqələrinə, silah anbarlarına və istehsal sahələrinə, hava hücumundan müdafiə mövqelərinə və şəxsi heyətin cəmləşdiyi ərazilərə ümumilikdə 800 zərbə endirdiyini açıqlamışdı.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar