SON XƏBƏRLƏR

Kanadada İran hökumətinə bağlı daha bir ifşa edilib

2025.04.25, 17:29
Kanadada İran hökumətinə bağlı daha bir ifşa edilib

Kanadada sığınacaq alan və ya oturum alan İran hakimiyətinə bağlı və hökumətdə vəzifə tutmuş 20 nəfər aşkarlanıb.

Gunaz.tv

Bu barədə "Qlobal News" məlumat yayıb.

Məlumata görə, həmin şəxslər barədə araşdırmalar başlayıb və onların ölkədən çıxarılacağı barədə qərar veriləcəyi gözlənilir.

Eyni halda keçmişdə İran Neft Nazirliyində yüksək vəzifədə çalışan bir nəfərin məhkəmə qarşısına çıxarıldığı bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl Kanadada yaşayan və İran hakimiyyəti ilə əlaqəli olmaqda şübhəli bilinən 141 nəfər barədə tədqiqat başladılıb.

Bu, Kanada müxalifətinin SEPAH-a bağlı şəxslərin bu ölkədə yaşayan müxalif iranlılara təhdid törətmək üçün Kanadadan oturum alma hallarının artması barədə tənqidi çıxışlarından sonra baş verib.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar