SON XƏBƏRLƏR

Zelenski: Biz ərazilərdən imtina edə bilmərik

2025.04.26, 11:01
Zelenski: Biz ərazilərdən imtina edə bilmərik

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin ərazi bütövlüyünün danışıqlar mövzusu olmadığını bir daha bəyan edib.

Gunaz.tv

Zelenski bildirib ki, heç kəsin Ukrayna torpaqlarını kiməsə vermək ixtiyarı yoxdur, çünki bu ərazilər Ukrayna xalqına məxsusdur.

“Biz nəyisə verə və ya verməyə bilmərik. Bu ərazilər nə mənim, nə də kiminsə şəxsi mülkiyyəti deyil. Bu, bu gün yaşayan və gələcək nəsillər üçün doğulacaq Ukrayna xalqının mülkiyyətidir. Bu torpaqlar tam olaraq Ukraynaya aiddir”, – deyə Zelenski jurnalistlərlə söhbətində bildirib.

Bu açıqlama Ukrayna liderinin müharibə şəraitində kompromisə gedib ərazi güzəştlərinə razı ola biləcəyi ilə bağlı ehtimallara cavab kimi qiymətləndirilir. 

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar