SON XƏBƏRLƏR

Tramp Səudiyyə Ərəbistanına 100 milyard dollarlıq silah satışı təklif edəcək

2025.04.26, 11:04
Tramp Səudiyyə Ərəbistanına 100 milyard dollarlıq silah satışı təklif edəcək

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına 100 milyard dollardan artıq dəyəri olan silah satışı paketini təqdim etməyə hazırlaşır.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat paylaşıb.

Bildirilir ki, Tramp bu iri müqaviləni may ayının ortalarında baş tutacaq Səudiyyə Ərəbistanına səfəri zamanı rəsmi şəkildə elan edəcək.

Sövdələşmədə iştirak edəcək şirkətlər arasında "Lockheed Martin", "RTX", "Boeing", "Northrop Grumman" və "General Atomics" kimi ABŞ-ın aparıcı hərbi sənaye nəhəngləri yer alır.

ABŞ müdafiə rəsmisi "Reuters" agentliyinə bildirib: "Bizim Səudiyyə Ərəbistanı Krallığı ilə müdafiə sahəsində əlaqələrimiz Prezident Trampın rəhbərliyi altında həmişəkindən daha güclüdür. Təhlükəsizlik sahəsində əməkdaşlığımızı davam etdirmək bu tərəfdaşlığın mühüm komponenti olaraq qalır və biz Səudiyyə Ərəbistanı ilə onların müdafiə ehtiyaclarını həll etmək üçün işləməyə davam edəcəyik".

Üç müxtəlif mənbə agentliyə bildirib ki, müdafiə şirkətlərindən bir neçə rəhbər nümayəndə heyətinin tərkibində bölgəyə səfər etməyi düşünür.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar