SON XƏBƏRLƏR

Suriya ilə İraq RAZILAŞDI !

2025.04.26, 11:09
Suriya ilə İraq RAZILAŞDI !

Suriya və İraqın hakimiyyət orqanları iki ölkə arasında Əl-Tənf-əl-Valid sərhəd-keçid məntəqəsini idarə etmək üçün işlək mexanizm yaratmaq barədə razılığa gəliblər.

Gunaz.tv

Məlumatı Suriyanın SANA agentliyi yayıb.

Bildirilir ki, məsələ İraq kəşfiyyatının rəhbəri Həmid əl-Şatrinin başçılıq etdiyi nümayəndə heyətinin Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa ilə aprelin 25-də Dəməşqdəki Qəsr əş-Şaab sarayında baş tutan görüşündə müzakirə olunub.

Suriya ərazisindəki sərhəd-keçid məntəqəsi “Et-Tanf”, İraq ərazisində isə “Əl-Valid” adlanır. Bu ərazi silahlı yaraqlılar üçün qaynar nöqtədir. SANA-nın məlumatına görə, əl-Şaraa İraq nümayəndə heyəti ilə söhbəti zamanı “regionda təhlükəsizlik və sabitliyə nail olmaq üçün birgə əməkdaşlığın vacibliyini” vurğulayıb.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar