SON XƏBƏRLƏR

KİV: Razılaşma əldə olunmadığı təqdirdə, Tramp gələn həftə sülh danışıqlarından çəkiləcək

2025.04.26, 11:25
KİV: Razılaşma əldə olunmadığı təqdirdə, Tramp gələn həftə sülh danışıqlarından çəkiləcək

ABŞ Prezidenti Donald Tramp razılaşma əldə olunmadığı təqdirdə, gələn həftə sülh danışıqlarından çəkiləcəyini bəyan edib.

Gunaz.tv

GünazTV APA-ya istinadən xəbər verir ki, "The Times" qəzeti Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun ətrafındakı mənbələrə istinadən məlumat yayıb.

Bildirlib ki, ABŞ rəhbərliyi Rusiya tərəfindən işğal olunmuş Ukrayna ərazilərinin Moskvanın nəzarətində qalması şərtilə sülh razılaşması təklif edir. Nəşrin yazdığına görə, bu mövqe Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun komandasına “daş üzərində həkk olunmuş” prinsip kimi təqdim olunub.

Qəzet qeyd edir ki, Tramp Ukrayna Prezidenti Volodimir Zelenskiyə təzyiq göstərərək onu “məcburi sülh” şərtlərini qəbul etməyə yönəltməyə çalışır. ABŞ lideri hesab edir ki, Zelenskinin bu sazişə razılıq verməkdən başqa real seçimi yoxdur.

“Tramp bildirib ki, əgər razılaşma əldə olunmasa, gələn həftə danışıqlardan çıxacaq.” - Məqalədə vurğulanır.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar