SON XƏBƏRLƏR

Lübnan ordusu Suriya ilə sərhəddə fövqəladə təhlükəsizlik tədbirləri görüb

2025.04.26, 11:48
Lübnan ordusu Suriya ilə sərhəddə fövqəladə təhlükəsizlik tədbirləri görüb

Lübnan ordusu Suriya ilə sərhəddə fövqəladə təhlükəsizlik tədbirləri görüb.

Gunaz.tv

GünazTV Report-a istinadla xəbər verir ki, bu barədə Livan Silahlı Qüvvələrindən bildirilib.

Açıqlamada Hirmil şəhərinin sərhəd bölgəsində qaçaqmalçılıqla bağlı gərginliyə görə Lübnandan Suriya ərazisinə atəş açıldığı və bundan sonra Suriyanın cavabı ilə hər iki tərəfdən yaralananların olduğu qeyd edilib.

Bildirilib ki, hadisədən sonra Suriya sərhədində fövqəladə təhlükəsizlik tədbirləri görülərək Lübnandan Suriya tərəfinə atəş açan şəxs hərbi birləşmələrin fəaliyyəti nəticəsində ələ keçirilib.

Lübnan ordusu sərhəddə ciddi təhlükəsizlik tədbirləri görməklə yanaşı, insidentlərdə iştirak edən digər şəxslərin tutulması üçün səylərinin davam etdiyi bildirilib.

Qeyd edək ki, Suriya rəsmi agentliyi SANA "Hizbullah"ın Humusun qərbində yerləşən Əl-Kusayr bölgəsindəki Suriya hərbi birliklərinə Lübnandan 5 raketlə hücum etdiyini bildirmişdi. Suriya hərbi birliklərinin hücuma cavab verdiyi, hadisələrlə bağlı Suriya Müdafiə Nazirliyinin livanlı həmkarları ilə əlaqə saxlayaraq vəziyyəti qiymətləndirdiyi bildirilmişdi.

Lübnanın Suriya sərhəd xəttindəki Havş əs-Seyyid Əli və Maşrafa qəsəbələrində keçən ay da toqquşmalar baş vermişdi.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar