SON XƏBƏRLƏR

Xamənei partlayışın məqsədli ola biləcəyinə işarə etdi

2025.04.28, 10:09
Xamənei partlayışın məqsədli ola biləcəyinə işarə etdi

Əli Xamenei Şəhid Rəcai limanındakı partlayışla bağlı bütün səhlənkarlıq və ya qəsdən törədilmiş cinayət hallarının müəyyən edilməsi və qanunauyğun tədbirlər görülməsinin vacibliyini vurğulayıb.

Gunaz.tv

Əli Xamenei ölkənin cənubundakı Şəhid Rəcai limanında baş verən partlayışın hərtərəfli araşdırılmasını və məsuliyyət daşıyanların cəzalandırılmasını istəyib.

Onun "səhlənkarlıq ucbatından və ya bilərəkdən baş verən partlayış" ifadəsi, hadisənin xarici müdaxilə nəticəsində törədilməsi barədə ehtimalları artırıb. 

İranda Şəhid Rəcai limanında baş verən partlayışa görə aprelin 28-i matəm günü elan olunub.

Qeyd edək ki, Şəhid Rəcai limanında partlayış nəticəsində həlak olanların sayı 40 nəfəri keçib, yaralılar isə 1205 nəfərə çatıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar