SON XƏBƏRLƏR

Benyamin Netanyahunun Azərbaycana səfərinin tarixi məlum olub

2025.04.28, 14:14
Benyamin Netanyahunun Azərbaycana səfərinin tarixi məlum olub

İsrailin Baş naziri Benyamin Netanyahu mayın 8-də Bakıya səfər edəcək.

Gunaz.tv

Bu barədə “Taims of İsrail” nəşri məlumat məlumat yayıb.

Məlumata görə, Netanyahu Prezident İlham Əliyev, hökumət üzvləri və yəhudi icmasının liderləri ilə görüşəcək.

8 May olduqca simvolik gün hesab edilir. 1992-ci ilin bu günündə Azərbaycanın yəhudi əsilli Milli Qəhrəmanı Albert Aqarunov Şuşa şəhərinin müdafiəsi uğrunda gedən döyüşdə həlak olub. Netanyahu Bakıda Şəhidlər Xiyabanında onun məzarını ziyarət edəcək.

Məlumatda qeyd olunur ki, İsrailin baş nazirinin Bakıya səfəri mayın 11-dək davam edəcək.

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar