SON XƏBƏRLƏR

İsrail Bəşər Əsədə köməyə gələn İran təyyarələrinə mane olub

2025.04.28, 14:48
İsrail Bəşər Əsədə köməyə gələn İran təyyarələrinə mane olub

Benyamin Netanyahu bildirib ki, İsrailin hərbi hava qüvvələri, ötən il ölkədə baş verən inqilab zaman Suriyanın keçmiş prezidenti Bəşər Əsədə kömək etmək üçün əsgər daşıyan İran təyyarəsinə hədəfinə nail olmağa mane olub.

Gunaz.tv

“Onlar Əsədi xilas etmək istəyirdilər” deyən Netanyahu, İranın Suriya liderinə kömək etmək üçün “bir və ya iki hava-desant diviziyasını” göndərmək istədiyini söyləyib.

"Biz bunu dayandırdıq. Dəməşqə yaxınlaşmağa çalışan İran təyyarələrinə qarşı bir neçə F-16 göndərdik" - deyə Netanyahu bildirib.

Netanyahu Tehranın Lübnanda əsas müttəfiqi Hizbullahın xeyli itki verəndən sonra Əsədin mövqeyini möhkəmləndirməyə çalışdığını, ancaq buna nail ola bilmədiyini vurğulayıb.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar