SON XƏBƏRLƏR

İran və ABŞ arasında dördüncü danışıqlar turu Romada keçiriləcək

2025.04.29, 11:00
İran və ABŞ arasında dördüncü danışıqlar turu Romada keçiriləcək

İran və ABŞ arasında dördüncü danışıqlar turunun gələn şənbə günü Roma şəhərində keçirilməsi gözlənilir.

Gunaz.tv

Amerika rəsmisi Omanda keçirilən müzakirələrin üçüncü raundunu "müsbət və məhsuldar" adlandıraraq, onun dörd saatdan çox davam etdiyini və müzakirələrin birbaşa və dolayısı ilə baş tutduğunu bildirdi.

"Hələ görüləsi çox şey var, lakin razılığa gəlməkdə üçün irəliləyiş əldə olunub", - rəsmi əlavə edib.

İranın xarici işlər naziri Abbas Araqçi daha əvvəl demişdi ki, bu son raund “əvvəlkindən daha ciddidir” və tərəflər nüvə məsələlərinə dair texniki detallar müzakirə edilib.

"Vaşinqtonla davam edən danışıqlar irəliləyişin əldə olunacağına ümid verir", - deyən Əraqçi İran tərəfinin "ümidli, lakin son dərəcə ehtiyatlı" olduğunu bildirib.

 

 

Şahin Elxanoğlu

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar