SON XƏBƏRLƏR

Rusiya İranı təkzib etdi - Yardım etmişik

2025.04.29, 12:00
Rusiya İranı təkzib etdi - Yardım etmişik

İranın daxili işlər naziri İskəndər Momeni Bəndər Abbasın Şəhid Rəcayi limanında baş verən partlayış nəticəsində yanğının sömdürülməsi üçün Rusiyanın göndərdiyi təyyarələrdən istifadə etmədiklərini iddia edib.

Gunaz.tv

Nazir bu barədə İran mediasına açıqlamasıda bildirib.

Bundan dərhal sonra Rusiyanın Tehrandakı səfirliyi X hesabında paylaşım edərək, Rusiyanın yanğınsöndürən təyyarələrinin Şəhid Rəcayi limanın üzərində uçduqlarını, su və yanğınsöndürən maye səpdiklərini əks etdirən videolar yayıb.

Bununla yanaşı səfirlik video paylaşımında Rusiyanın dəstəyini əks etdirən mətn əlavə edib:

“Rusiya Fövqəladə Hallar Nazirliyi iranlı həmkarları ilə sıx əməkdaşlıq edərək Bəndər Abbasda təqdirəlayiq və cəsarətli əməliyyat həyata keçirib”.

Qeyd edək ki, bundan əvvəl İranın Moskvadakı səfirliyi Rusiyadan yardım istədiyini və Rusiyanın xilasetmə qüvvələrini daşıyan iki B-200 və bir İlyushin-76 təyyarəsi də daxil olmaqla üç xüsusi yanğınsöndürmə təyyarəsi göndərdiyini bildirmişdi.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar