SON XƏBƏRLƏR

İran casusuna 10 il həbs verildi

2025.04.29, 14:33
İran casusuna 10 il həbs verildi

Bundan əvvəl İran təhlükəsizlik və kəşfiyyat qurumları ilə əlaqəyə girərək İsrail rəsmilərinə qarşı terror hücumu edilməsi planlarında iştirak edən israilli tacir 73 yaşlı Muti Maman 10 il azadlıqdan məhrum edilib.

Gunaz.tv

Bu barədə İsrail mediası məlumat yayıb.

Bundan əvvəl İsrailin Bər Şəəb bölgəsinin məhkəməsi 73 yaşlı taciri 2024-cü ildə iki dfə İrana getməkdə və əcnəbi kəşfiyyatçılarla əlaqəyə girməkdə təqsirli bilib.

Məhkəmə Muti Mamanın maddi qazanc xatirinə bu işə razılıq verməsini və İranın bölgəki proksi qüvvələri olan Hizbullah və HƏMAS üzvləri ilə birgə cinayət törətməyə cəhd etdiyini bildirib.

Məhkəmə hakimi Bani Sagi deyib ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətləri etiraf etməsi və peşmançılıq ifadəsi onun cəza müddətinin təyin edilməsində nəzərə alınıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar