SON XƏBƏRLƏR

Pakistan ordusu Hindistan PUA-sını vurdu

2025.04.29, 15:54
Pakistan ordusu Hindistan PUA-sını vurdu

Pakistan ordusu bu gün Kəşmir bölgəsində nəzarət xəttini keçən Hindistanın casus pilotsuz təyyarəsini (PUA) vurduğunu açıqlayıb.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Pakistan dövlət televiziyası məlumat yayıb.

Məlumatda deyilir ki, PUA Pakistan və Hindistanın nəzarətində olan ərazilər (Kəşmir) arasındakı nəzarət xəttini keçib.

Xatırladaq ki, aprelin 22-də Kəşmirin Hindistanın nəzarətində olan hissəsində 26 nəfərin öldürülməsindən sonra iki ölkə arasında gərginlik görünməmiş səviyyəyə çatıb. Hindistan aktı törədən qruplaşmanın Pakistan ərazisində fəaliyyət göstərdiyini iddia edib, Pakistan bunu qəti şəkildə rədd edib.

Hücumdan sonra iki nüvə dövləti bir-birinə qarşı bir sıra tədbirlər görüb, Hindistan su müqaviləsini dayandırıb, Pakistan hava məkanını “Air India” üçün bağlayıb.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar